Medianews.az
Azərbaycanlıların həlak olduğu gəminin içindən VİDEO+FOTO – Ölənlər arasında kapitan da var
265 baxış

Azərbaycanlıların həlak olduğu gəminin içindən VİDEO+FOTO – Ölənlər arasında kapitan da var

Xəbər verdiyimiz kimi, mayın 5-i gecə Azov dənizində iki xarici yük gəmisinin - “Natra” və “Zirkon” quru yük gəmilərinin dronlarla vurulması nəticəsində beş Azərbaycan vətəndaşı həlak olub, üçü yaralanıb.

Yaralılar Rusiyanın Yeysk şəhər xəstəxanasına yerləşdirilib.

Gəmilərin heyətində ümumilikdə 25 nəfər Azərbaycan vətəndaşı olub.

İlkin məlumatlara görə, hücumlar arasında bir saatdan bir qədər artıq vaxt fərqi olub: “Natra” saat 00:45-də, “Zirkon” isə saat 01:55-də vurulub.

Gəmilərin heç biri Azərbaycan dövlətinə məxsus deyil. Hər iki gəmi xarici bayraq altında üzüb.

Hazırda məsələ ilə bağlı Azərbaycanın rəsmi qurumları, diplomatik nümayəndəlikləri, habelə müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri həyata keçirilir.

Medianews.az-ın əldə etdiyi məlumata görə, həlak olan Azərbaycan vətəndaşlarından biri gəmi kapitanı olub. Həlak olan digər heyət üzvləri arasında kapitan köməkçisi və baş mexanik vəzifələrində çalışan şəxslərin də olduğu bildirilir.  

Medianews.az gəmilərdən birinin dron zərbələrindən sonrakı vəziyyətini əks etdirən fotoları və videonu təqdim edir.

Bizə qoşulun