Medianews.az
Azərbaycanlı gənc Qara dənizdə boğularaq öldü -
132 baxış

Azərbaycanlı gənc Qara dənizdə boğularaq öldü - FOTO

Bu gün Gürcüstanın Qara dəniz sahillərində bədbəxt hadisə baş verib.

Medianews.az xəbər verir ki, dalğaların yüksəlməsi nəticəsində dörd nəfər dənizdə batma təhlükəsi ilə üzləşib.

Onlardan üç nəfəri xilas edilsə də, 21 yaşlı Elnur Nəbiyev boğularaq həyatını itirib.

Mövcud məlumata görə, həyatını itirən E.Nəbiyev Marneuli Bələdiyyəsinin Ağməmmədli kənd sakinidir.\ Unikal.az

Bizə qoşulun