Dövlət Statistika Komitəsi 2026-cı il martın 1-nə Azərbaycanın muzdlu işçilərinin orta aylıq nominal əməkhaqqını 1099,1 manat göstərib.
Medianews.az bildirir ki, iqtisadi fəaliyyət növləri orta maaşa görə belə sıralanıb:
mədən sənayesi - 3782,1 manat
maliyyə və sığorta fəaliyyəti - 2790 manat
informasiya və rabitə - 1915,5 manat
peşə fəaliyyəti, elmi və texniki fəaliyyət - 1786 manat
nəqliyyat və anbar təsərrüfatı - 1497,8 manat
dövlət idarəetməsi və müdafiə; sosial təminat - 1434,8 manat
tikinti - 1241,9 manat
elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı - 1131,6 manat
daşınmaz əmlakla əlaqədar əməliyyatlar - 1054,3 manat
emal sənayesi - 1012,4 manat
əhaliyə səhiyyə xidməti və sosial xidmətlərin göstərilməsi - 925,4 manat
istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət - 874,1 manat
təhsil - 817,2 manat
turistlərin yerləşdirilməsi və ictimai iaşə - 798,7 manat
inzibati və yardımçı xidmətlərin göstərilməsi - 764,1 manat
ticarət; nəqliyyat vasitələrinin təmiri - 763,5 manat
su təchizatı, tullantıların təmizlənməsi və emalı - 722,4 manat
kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq - 684,9 manat
başqa sahələrdə xidmətlərin göstərilməsi - 1237,1 manat.
Ölkədə minimum aylıq əməkhaqqı 400 manatdır.