Medianews.az
Azərbaycanın Macarıstandakı səfirliyində Xocalı soyqırımının qurbanları
53 baxış

Azərbaycanın Macarıstandakı səfirliyində Xocalı soyqırımının qurbanları anılıb

Azərbaycan Respublikasının Macarıstandakı Səfirliyində Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.

Medianews.az xəbər verir ki, tədbirdə Macarıstandakı Azərbaycan Evi, Azərbaycan Diaspor Gəncləri (ADG) Təşkilatının Macarıstandakı Nümayəndəliyi, Gənclərin İnkişafı və İnteqrasiyası Assosiasiyasının (AYID) rəhbər şəxsləri və üzvləri, Azərbaycan diasporunun nümayəndələri, bir sıra xarici ölkələrdən Budapeşt şəhərində təhsil alan tələbələr iştirak ediblər.

Tədbirin əvvəlində Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Macarıstanda fövqəladə və səlahiyyətli səfiri Tahir Tağızadə Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı törədilmiş Xocalı soyqırımı barədə ətraflı məlumat vermiş və Xocalı həqiqətlərinin beynəlxalq səviyyədə tanıdılması üzrə Azərbaycan dövlətinin apardığı ardıcıl siyasətdən bəhs edib.

Eyni zamanda, səfir T.Tağızadə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun 30 il ərzində düşmən işğalı altında qalan ərazilərimizin azad edilməsi nəticəsində bu gün Xocalıda üçrəngli bayrağımızın dalğalanmasının haqqın və ədalətin təntənəsi olduğunu vurğulayıb.

Sonra, azərbaycanlı tələbə Məhəmməd Cəfərovun fortepianoda müşayiəti ilə Xocalı faciəsinə həsr olunmuş videoçarxlar nümayiş olunub.

Tədbir, Qarabağda aparılan bərpa və quruculuq işlərindən bəhs edən video-çarxın nümayişi ilə davam etmişdir.

Bizə qoşulun