Medianews.az
Azərbaycanda repetitor xidməti süni intellektlə əvəz olunur?
87 baxış

Azərbaycanda repetitor xidməti süni intellektlə əvəz olunur?

Azərbaycanda qəbul imtahanlarına hazırlaşmaq üçün süni intellekt əsaslı platforma təqdim olunub. Abituriyentlər icrammer.com vasitəsilə müxtəlif fənlər üzrə onlayn hazırlıq keçə bilirlər.

Texnobloger Fərid Pərdəşünas Medianews.az-a deyib ki, platformada fənlər üzrə mövzular təqdim olunur: “Mövzunu və çətinlik səviyyəsini seçərək, süni intellektdən müəllim kimi istifadə etmək mümkündür.

Eyni zamanda, seçdiyiniz çətinlik səviyyəsinə uyğun olaraq 200.000-dən çox tapşırıq bazasından fərqli testlər generasiya olunur və cavablar onlayn şəkildə yoxlanaraq nəticələr təqdim edilir.

Çətinlik çəkdiyiniz və ya səhv etdiyiniz sualların izahını isə "Aİ müəllim"dən birbaşa soruşmaq imkanı da var”.

Fərid Pərdəşünasın fikrincə, ümumilikdə bunu repetitor xidmətinin süni intellektlə əvəzlənmiş bir versiyası kimi qəbul etmək də olar: “Yaxın zamanda platformaya Azərbaycan dili və ingilis dili fənləri də əlavə olunacaq”.

Medianews.az

Bizə qoşulun