Medianews.az
​Azərbaycanda ən yaşlı icra başçısı odur -
71 baxış

​Azərbaycanda ən yaşlı icra başçısı odur - FOTO

Ölkənin ən yaşlı icra başçısı Mübariz Əhmədzadədir. O, Zaqatala rayonuna rəhbərlik edir. Mübariz Əhmədzadə bu vəzifəyə 2009-cu ildə təyin edilib.

Mübariz Əhmədzadə 1947-ci il yanvarın 15-də Qax rayonunun Qaxmuğal kəndində anadan olub. İki ay sonra 79 yaşı tamam olacaq.

Əhmədzadə Zaqataladan əvvəl doğma Qax rayonuna rəhbərlik edib. O, 2007-2009-cu illərdə Qax rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb.

Qeyd edək ki, Mübariz Əhmədzadə 2006-2021-ci illərdə Meliorasiya və Su Təsərrufatı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsində calışmış Əhməd Əhmədzadənin qardaşıdır.

Fotoda: Zaqatala rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə

Metbuat.az

Bizə qoşulun