İyunun 16-da “AzəriLayt” markalı Azərbaycan neftinin barrelinin qiyməti 86,55 dollara düşüb.
Medianews.az bildirir ki, bu, ayın siftəsindən 18,03 dollar aşağı göstəricidir.
2026-cı ilin dövlət büdcəsində bir barrel neft 65 dollardan götürülüb. “AzəriLayt” yanvara 65,71, fevrala 69,72, marta 79,60, aprelə 132,35, maya 122,26, iyuna 104,58 dollarla başlayıb.