Medianews.az
Az su içməyin fəsadları:
62 baxış

Az su içməyin fəsadları: İnfarkt, iflic...

Alimlər az maye qəbul edən insanların gələcəkdə ciddi xəstəliklərlə üz-üzə qalacaqlarına dair xəbərdarlıq ediblər.

Medianews.az xəbər verir ki, rusiyalı həkim Nataliya Dmitriyeva gündəlik normadan az su içən insanların orqanizmində natriumun səviyyəsinin yüksəldiyini bildirib. Həkim az maye qəbulunun sürətlə qocalmaya səbəb olduğunu vurğulayıb. "Bu insanların gələcəkdə infarkt keçirmək, iflic olmaq şəkərə yoluxmaq ehtimalı yüksəkdir".

Yaponiyalı alım Yosuke Yamada da çox su içməyin vacib olduğunu bildirib. Alim gündə 2 litr su istehlakının yetərli olmadığını deyib. O, peşəyə görə bu rəqəmin dəyişə biləcəyini qeyd edib: "Əgər kişinin yaşı 30-u ötübsə, o, gündə azı 4,3 litr maye qəbul etməlidir. Qadınlarda isə bu rəqəm 4,1 litrdən az olmamalıdır. Ağır fiziki işlə məşğul olan insanlar isə gündə minimum 6 litr maye qəbul etməlidirlər".

Bizə qoşulun