Türkiyənin “Qalatasaray” klubu heyətini daha bir ulduz futbolçu ilə gücləndirməyə hazırlaşır. İstanbul təmsilçisi Argentina yığma komandasının və “Atletiko Madrid”in üzvü Thiago Almada anlaşmaq üzrədir.
Medianews.az xəbər verir ki, bu barədə İspanya mediası məlumat yayıb. Xarici KİV 24 yaşlı argentinalı ulduzun İstanbul klubuna keçməyə razılıq verdiyini yazıb. Hazırda “Qalatasaray” rəhbərliyinin İspanya təmsilçisi ilə masa arxasında müzakirə apardığı bildirilir. Dursun Özbek və komandası Argentina yığmasının üzvünə sarı-qırmızılı formanı geyindirməklə azərkeşlərin könlünü almaq istəyir.
Qeyd edək ki, Thiago Almadanın bazar dəyəri 20 milyon avrodur.