Medianews.az
Artıq çəkisinə görə "Gucci"dən
61 baxış

Artıq çəkisinə görə "Gucci"dən qovulub

Amerikalı aktyor Eşton Kaçer bir vaxtlar "Gucci" brendində model kimi çalışarkən bədən quruluşuna görə işdən qovulduğunu açıqlayıb.

Medianews.az xəbər verir ki, 47 yaşlı sənətçi bu xatirələrini "Entertainment Weekly" nəşrinə verdiyi müsahibədə bölüşüb.

Kaçer xatırladıb ki, bir dəfə onu "Gucci" brendinin eksklüziv reklam kampaniyasında iştirak üçün dəvət ediblər. Həmin vaxt şirkətin rəhbəri Tom Ford modellərin seçim prosesini şəxsən İtaliyada aparırmış:

“O, mənə çəhrayı çimərlik şortu geyindirdi. Çəkim 80 kiloqram idi. Tom Ford dedi ki: "O, çox kökdür" və məni işdən çıxardılar”.

Kaçerin sözlərinə görə, o, 19 yaşında model kimi çalışmağa başlayıb və artıq o vaxt anlayıb ki, bu sahədə hətta hamı tərəfindən gözəl sayılan insanlar belə öz görünüşlərinə əmin deyillər.

Bizə qoşulun