Medianews.az
“Ay-ulduzlular” DÇ-2026 öncəsi
84 baxış

“Ay-ulduzlular” DÇ-2026 öncəsi ilk oyuna çıxır

DÇ-2026-ya hazırlaşan Türkiyə milli komandası bu gün yoxlama oyunu keçirəcək.

Medianews.az xəbər verir ki,  “ay-ulduzlular”ın rəqibi Şimali Makedoniya komandası olacaq. 

İstanbulda “Şükrü Saracoğlu” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:30-da başlanacaq.

Türkiyə millisi mundiala hazırlıq çərçivəsində növbəti və sonuncu oyunda isə iyunun 7-də Venesuela millisi ilə üz-üzə gələcək.

Xatırladaq ki, Türkiyə millisi DÇ-2026-da ABŞ, Paraqvay və Avstraliya ilə D qrupunda mübarizə aparacaq.//Qafqazinfo

Bizə qoşulun