İngiltərə milli futbol çempionatı başa çatmaq üzrədir.
Medianews.az bildirir ki, 82 xalla liderlik edən “Arsenal” mayın 19-da çempionluq taxtına otura bilər. Bunun üçün “Mançester Siti” sondan əvvəlki matçında xal itirməlidir. 77 xalı olan “Mançester Siti” bu gün səfərdə beşinci yerə - Çempionlar Liqası zonasına iddialı “Bornmut”la üz-üzə gələcək.
Avropanın qalan dörd aparıcı çempionatında qızıl medalların taleyinə aydınlıq gəlib: Almaniyada “Bavariya”, İtaliyada “İnter”, İspaniyada “Barselona”, Fransada PSJ zirvəyə möhür vurub.