Argentina millisi 2026-cı il dünya çempionatının finalında İspaniyaya məğlub olmaqla yanaşı, mənfi rekorda da imza atıb.
Medianews.az xəbər verir ki, Argentina futbolçuları həlledici görüşdə 25 dəfə qayda pozuntusuna yol veriblər. Bu, dünya çempionatlarının finallarında 2022-ci ildən sonra ən yüksək göstəricidir. Həmin il Fransa ilə final matçında argentinalılar 26 dəfə faul etmişdi.
Komandanın heyətində ən çox qayda pozuntusuna müdafiəçi Nikolas Talyafiko yol verib - 5 dəfə. Leandro Paredes və İspaniya millisinin futbolçusu Aleks Baena isə 4 dəfə faul edib.
İspaniya da oyunda sərt mübarizə aparıb və 21 dəfə qayda pozuntusu ilə yadda qalıb. Qarşılaşma Ferran Torresin əlavə vaxtda vurduğu qolla İspaniyanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Medianews.az