Medianews.az
Aİ-95 benzini ətrafında gəzən söz-söhbət doğrudurmu? -
351 baxış

Aİ-95 benzini ətrafında gəzən söz-söhbət doğrudurmu? - AÇIQLAMA VERİLDİ

Bir sıra KİV-lər belə bir məlumat paylaşır ki, 2026-cı ildən Azərbaycanda yüksək oktanlı benzin istehsalı yenidən dayanacaq.

Məsələ ilə bağlı Medianews.az Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabana müraciət edib.

İ.Şaban öncə qeyd edib ki, xəbəri yayan media orqanları nə istehsalın dayanacağı zamanı, nə də istehsalın dayanma səbəbini göstərir: “Sadəcə gələn ilin dövlət büdcəsi zərfinə istinad edirlər. Amma gələn ilin dövlət büdcəsində birbaşa belə bir fikir yoxdur. İkinci bir tərəfdən, bu il rəsmi statistikada belə göstərilir ki, Azərbaycanda Aİ-95 markalı benzinin istehsalı həyata keçirilir və ilin ikinci yarısından az həcmdə də olsa, onun ixracına da başlanıb”.

İ.Şaban məsələ ilə bağlı SOCAR-a sorğu da ünvanladığını deyib. Onun sözlərinə görə, sorğuya aldığı cavab bundan ibarət olub: “Heydər Əliyev adına Neft Emalı Zavodunda hazırda tətbiq olunan istehsal prosesləri çərçivəsində Avro-5 keyfiyyət standartlarına uyğun A-92 və A-95 markalı benzin istehsalı həyata keçirilir və gələn ildə də bu növ neft məhsullarının istehsalı davam etdiriləcək”.

Toğrul Əli,
Medianews.az

Bizə qoşulun