Medianews.az
Acun Ilıcalı “Fənərbaxça”nın ulduzunu
93 baxış

Acun Ilıcalı “Fənərbaxça”nın ulduzunu transfer etmək istəyir

İngiltərə Premyer Liqasında yeni mövsümə hazırlaşan “Hall Siti” heyətini gücləndirmək üçün “Fənərbaxça”nın braziliyalı futbolçusu Anderson Taliska ilə maraqlanır.

Medianews.az xəbər verir ki, klub futbolçunun transferi ilə bağlı şərtləri dəyərləndirir.

Bildirilir ki, İngiltərə təmsilçisi Anderson Taliskanın illik 8,5 milyon avroluq maaşını ödəyə biləcək maliyyə imkanına malikdir.

32 yaşlı yarımmüdafiəçi ötən mövsüm “Fənərbaxça”nın heyətində bütün turnirlərdə 45 rəsmi oyunda iştirak edib. O, bu görüşlərdə 27 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Hall Siti” klubun sahibi Acun Ilıcalıdır.

Medianews.az

Bizə qoşulun