Medianews.az
ABŞ və İran yenidən danışıqlara
113 baxış

ABŞ və İran yenidən danışıqlara hazırlaşır

Xatırladaq ki, ABŞ və İran nümayəndə heyətlərinin İslamabad şəhərində keçirdiyi son görüşlər nəticəsiz qalıb. Bu fonunda Vaşinqton, atəşkəsin pozulduğunu əsas gətirərək Hörmüz boğazı üzərində nəzarəti gücləndirib.

Medianews.az xəbər verir ki, ABŞ administrasiyası iki həftəlik atəşkəsin pozulduğunu bildirərək boğazda məhdudiyyətləri sərtləşdirib.

Bu addım regionda gərginliyi yüksəldib və qlobal enerji təhlükəsizliyi ilə bağlı narahatlıqları artırıb.

Diplomatik mənbələrə görə, tərəflər bu həftə yenidən İslamabadda bir araya gələrək danışıqları davam etdirməyi planlaşdırır.

Görüşlərdə atəşkəsin davamlılığı, İranın nüvə proqramı və regional təhlükəsizlik məsələlərinin müzakirəsi gözlənilir.

Hələlik tərəflərdən rəsmi açıqlama verilməyib. Mənbələr yaxın günlərdə danışıqların istiqamətinin daha aydın olacağını bildirir.

Medianews.az

Bizə qoşulun