Medianews.az
ABŞ və İran arasında Hörmüz boğazında
95 baxış

ABŞ və İran arasında Hörmüz boğazında gərginlik artıb

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranın Hörmüz boğazı yaxınlığında yerləşən Keşm adası və Goruk bölgəsindəki radar sistemlərinə, eləcə də pilotsuz uçuş aparatlarının komanda-idarəetmə mərkəzlərinə zərbələr endirdiyini açıqlayıb.

Medianews.az -ın məlumatına görə, əməliyyat İranın ABŞ-yə məxsus MQ-1 tipli pilotsuz uçuş aparatını vurmasından sonra həyata keçirilib.

ABŞ tərəfi həmçinin bölgədə gəmiçilik üçün təhlükə yaratdığı iddia olunan bir PUA idarəetmə məntəqəsini və iki kamikadze dronu məhv etdiyini bildirib.

Vaşinqton hücumları dəniz nəqliyyatının təhlükəsizliyinin qorunması və Amerika qüvvələrinə qarşı təhdidlərin aradan qaldırılması məqsədi daşıyan “qanuni özünümüdafiə tədbiri” kimi qiymətləndirib.

ABŞ-nin zərbələrindən sonra İran İnqilab Keşikçiləri Korpusu cavab əməliyyatı keçirdiyini açıqlayıb. Qurum ABŞ-nin Hörmüzqan əyalətinin Sirik adasında yerləşən telekommunikasiya qülləsini vurduğunu iddia edib. Bildirilib ki, cavab tədbirləri çərçivəsində hücumun həyata keçirildiyi hava bazası və əvvəlcədən müəyyən edilmiş digər hədəflər vurulub.

İran tərəfi ABŞ-yə xəbərdarlıq edərək, yeni hərbi addım atılacağı təqdirdə cavabın daha sərt olacağını bəyan edib.

Qarşılıqlı hücumlar Hörmüz boğazı ətrafında hərbi gərginliyi yenidən artırıb.

Medianews.az

 

 

Bizə qoşulun