Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ və İran arasındakı gərginlik barədə açıqlama verib.
Medianews.az xəbər verir ki, onun sözlərinə görə, hər iki tərəf özünü qalib adlandırsa da, üstünlük sağlam düşüncəyə verilib.
Medvedev qeyd edib ki, Vaşinqtonun “İran sivilizasiyasını məhv etmək” kimi bəyanatları vəziyyəti gərginləşdirsə də, ABŞ prezidenti Donald Trampın Tehranın sülh təkliflərini müzakirə etməyə hazır olması İran üçün uğur sayılır.
Onun sözlərinə görə, bu təkliflərə Vaşinqtonun razılıq verib-verməyəcəyi hələlik sual altındadır, çünki söhbət həm İrana dəymiş ziyanın kompensasiyasından, həm də nüvə proqramının davamından və Hörmüz boğazına nəzarətdən gedir.
Medianews.az