Medianews.az
ABŞ ilə Türkiyə arasında 700 milyon dollarlıq müqavilə -
84 baxış

ABŞ ilə Türkiyə arasında 700 milyon dollarlıq müqavilə - DETALLAR

ABŞ Prezidenti Donald Trampın gələn ay NATO sammiti çərçivəsində Ankaraya gözlənilən səfəri öncəsi Vaşinqtondan diqqətçəkən addım gəlir.

Medianews.az xəbər verir ki, ABŞ administrasiyasının Türkiyəyə yüz milyonlarla dollar dəyərində reaktiv mühərrik satmağı planlaşdırdığı iddia olunur.

Məlumata görə, satış paketinə Türkiyənin yerli istehsalı olan KAAN qırıcı təyyarələrində istifadə ediləcək General Electric şirkətinin istehsalı olan mühərriklər daxildir. Mənbələrdən birinin sözlərinə görə, müqavilənin dəyəri 700 milyon dolları keçə bilər.

Bildirilir ki, ABŞ administrasiyası Konqresdə yarana biləcək etirazlara baxmayaraq, sözügedən satışın təsdiqlənməsi üçün hazırlıqlarını davam etdirir.

Qeyd edək ki, son illərdə Türkiyə ilə ABŞ arasında münasibətlər S-400 hava hücumundan müdafiə sistemləriF-35 proqramı ətrafında yaranan böhran səbəbindən gərginləşmişdi. Lakin Türkiyənin müdafiə sənayesində, xüsusilə də KAAN layihəsi ilə əldə etdiyi irəliləyiş və iki ölkə lideri arasında birbaşa əlaqələrin yenidən canlanması Vaşinqtonun Ankara ilə müdafiə sahəsində əməkdaşlığı genişləndirmək istəyini artırıb.

Bu arada, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdan gələn NATO sammitində Donald Trampla təkbətək görüşün yüksək ehtimalla baş tutacağını bildirib.

Donald Tramp da Ankarada keçiriləcək NATO sammitində iştirakını təsdiqləyərək, "Tezliklə Türkiyəyə gedəcəyəm", - deyə açıqlama verib. Bu səfər Trampın ikinci prezidentlik dövründə Türkiyəyə ilk rəsmi səfəri olacaq.

Medianews.az

Bizə qoşulun