Çinin Meta şirkətinin Çin startapı “Manus”u satın alma cəhdini dayandırması, süni intellektin artıq strateji sahə kimi qiymətləndirildiyini göstərib.
Medianews.az xəbər verir ki, bu qərarın ABŞ-Çin texnologiya rəqabətini daha da gücləndirdiyi bildirilir.
Vuhan şəhərində yaradılan “Manus” şirkəti otonom tapşırıqları yerinə yetirə bilən süni intellekt sistemi ilə tanınırdı. Meta ilə təxminən 2 milyard dollarlıq satış razılaşması Çinli startapın qlobal bazara çıxışı kimi qiymətləndirilirdi.
Lakin Çin hökuməti şirkətin rəhbərlərinə xaricə çıxış qadağası tətbiq edib və satış prosesində qayda pozuntuları aşkarlandığını bildirib. Rəsmi Pekin süni intellekt texnologiyalarını “strateji aktiv” kimi dəyərləndirir.
Qərarın ABŞ ilə Çin arasında texnoloji rəqabəti daha da kəskinləşdirdiyi qeyd olunur. Son illərdə Çinli şirkətlərlə xarici investorlar arasındakı razılaşmalar da kəskin azalıb.
Məlumata görə, artan məhdudiyyətlər fonunda bəzi texnologiya şirkətləri fəaliyyətlərini Sinqapura köçürür. Ekspertlər hesab edir ki, Pekinin bu addımı gələcək texnoloji investisiyalara da ciddi təsir göstərəcək.
Medianews.az