Medianews.az
8 uşaq anası oğlunu da oğurluğa cəlb etdi –
59 baxış

8 uşaq anası oğlunu da oğurluğa cəlb etdi – həbs olundu (VİDEO)

Türkiyənin Samsun şəhərində evdən oğurluq edən qadın və onun azyaşlı oğlu polis tərəfindən saxlanılıb.

Medianews.az xəbər verir ki, məhkəməyə çıxarılan ana və oğlu barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisə İlkadım rayonunun Zafer məhəlləsində baş verib. Bir evdən təxminən 20 min türk lirəsinin oğurlanması ilə bağlı polisə müraciət daxil olduqdan sonra araşdırmaya başlanılıb. Samsun İl Polis İdarəsinin Asayiş Şöbəsinin Oğurluq Bürosu tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu 31 yaşlı Saniye G. və onun 13 yaşlı oğlu Ç.G.-nin törətdiyi müəyyən edilib.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində ana və oğlu qısa müddətdə saxlanılaraq polis bölməsinə gətirilib. Araşdırma zamanı məlum olub ki, Saniye G.-nin evdən oğurluqla bağlı 60 ayrı cinayət qeydi var.

Bildirilir ki, 8 uşaq anası olan qadın əvvəllər də oğurluq cinayətinə görə ümumilikdə təxminən 60 il həbs cəzası alıb. Lakin onun körpə uşağının olması səbəbilə cəzanın icrası bir neçə dəfə təxirə salınıb. Məlumata görə, qadının ən kiçik övladı 6 aylıq, ən böyük övladı isə 13 yaşındadır.

Ana ilə birlikdə oğurluq hadisəsində iştirak edən 13 yaşlı Ç.G. isə prosessual tədbirlərin görülməsi üçün Uşaq Şöbəsinin əməkdaşlarına təhvil verilib.

Polisdə ifadələri alınan Saniye G. daha sonra Samsun Ədliyyəsinə aparılıb. Məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilən qadın Samsun Qapalı Həbsxanasına göndərilib. Onun qərara etiraz edərək ağladığı və emosional reaksiya verdiyi bildirilib.

Faktla bağlı araşdırma davam edir.

Medianews.az

Bizə qoşulun