Medianews.az
7 aylıq körpəni güllələyib
83 baxış

7 aylıq körpəni güllələyib ÖLDÜRDÜ

ABŞ-də10 yaşlı uşaq eyni evdə olduğu 7 aylıq körpəni tapança ilə başından vuraraq qətlə yetirib.

Medianews.az xəbər verir ki, hadisə Mişuri ştatında baş verib.

Oğlan silahı yataq otağındakı döşəyin altından tapıb. Hadisə yerinə gələn polislər ağır yaralı körpəni xilas etməyə çalışsalar da, azyaşlı qız xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Atəş açan uşaq polis tərəfindən saxlanılıb. Onun Mişuri ştatının tarixində qəsdən adam öldürməkdə ittiham olunan ən gənc cinayətkar olacağı gözlənilir.

Hadisə ilə bağlı körpənin atası, silahın sahibi olan şəxsə qarşı da rəsmi ittiham irəli sürülüb.

Medianews.az

Bizə qoşulun