Medianews.az
67 yaşında… –
92 baxış

67 yaşında… – Gəncliyin sirini açıqladı - FOTOLAR

Rusiyanın Arxangelsk vilayətindən olan 67 yaşlı Olqa Yadrixinskaya “Missis Şimalı” gözəllik müsabiqəsinin qalibi olub və gənc qalmağın sirlərini bölüşüb.

Medianews.az xəbər veirr ki, onun sözlərinə görə, əsas amil yaxşı genetika olsa da, o, özünə qulluq etməyi də unutmur.

Yadrixinskaya fiqurasını qorumaq üçün rəqslə məşğul olur, səhərlər isə üzünü buzla yuyur.

O, həmçinin hamamın gəncliyi qorumaqda mühüm rol oynadığını bildirib və daxili gözəlliyin də vacibliyini vurğulayıb – insanlara yaxşılıq etməyi və daha çox gülümsəməyi tövsiyə edib.

Qeyd edək ki, o, bu müsabiqədən əvvəl heç vaxt gözəllik yarışlarında iştirak etməyib. Yarış onun COVID-19 pandemiyası dövründə yaşadığı çətinliklərdən sonra həyata marağını yenidən qaytarıb. Hazırda isə o, 5 iyunda Moskvada keçiriləcək “Missis Rusiya” finalına hazırlaşır.

Medianews.az

Bizə qoşulun