“Lids Yunayted” İngiltərə Premyer Liqasında “Mançester Yunayted”i 2:1 hesabı ilə məğlub edərək, 45 ildən sonra ilk dəfə “Old Trafford”da qələbə qazanıb.
Medianews.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İngiltərə Premyer Liqasının 32-ci həftəsində “Lids Yunayted” 5-ci və 29-cu dəqiqələrdə Noah Okaforun qolları ilə 2-0 hesabı ilə öndə olub.
56-cı dəqiqədə Lisandro Martinez qırmızı vərəqə aldıqdan sonra “Mançester Yunayted” 10 nəfərlə qalıb, lakin 69-cu dəqiqədə Kazemiro fərqi 1-ə endirib.
Matç “Lids Yunayted”in 2-1 hesablı qələbəsi ilə başa çatıb.
Bu nəticə ilə 15-ci yerdəki “Lids Yunayted” xallarının cəmini 36-ya çatdırıb, 3-cü yerdəki “Mançester Yunayted” isə 55 xalla qalıb.