4 ay reanimasiyada qalan 76 yaşlı Kadir İnanırın yeni fotosu yayımlanıb.
Aylarla reanimasiyada müalicə alan aktyor Kadir İnanırın son vəziyyəti paylaşılıb.
76 yaşlı sənətçi uzun müalicə dövründən sonra ilk dəfə görüntülənib.
Qeyd edək ki, İnanır beyin laxtalanması keçirdikdən sonra 4 ay reanimasiyada saxlanılıb, vəziyyəti stabilləşdikdən sonra əvvəlcə palataya köçürülmüş, daha sonra isə evə buraxılmışdı. Lakin ötən ilin iyulunda bu dəfə ağciyərində yaranan infeksiya səbəbilə başqa bir xəstəxanada yenidən müalicəyə almışdı..
Aktyorun müalicəsinin davam etdiyi və yaxın dostlarının proseslə bağlı müsbət açıqlamalar verdiyi bildirilib./Milli.az/
