Tovuzda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
Hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.
Səhər saatlarında minik avtomobili 1951-ci il təvəllüdlü Ədalət Bayramovanı vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
Faktla bağlı araşdırma başlanılıb./Qafqazinfo.az/