Medianews.az
Gözəllik yarışmasında səhnədə yıxıldı -
55 baxış

Gözəllik yarışmasında səhnədə yıxıldı - beyin qanaması keçirdi - VİDEO

Taylandda keçirilən "Kainat gözəli" beynəlxalq gözəllik müsabiqəsində Yamaykanı təmsil edən Qabrielle Henri səhnədən yıxılaraq beyin qanaması keçirib.

Medianews.az xəbər verir ki, hadisə noyabrın 19-da baş verib.

O, dərhal xəstəxanaya yerləşdirilib və media onun ciddi xəsarət almadığını bildirib. Ancaq iki həftə Henri reanimasiyada qalıb. 

Dekabrın 8-də "Kainat gözəli" təşkilatçıları press-reliz yayaraq Henrinin ciddi xəsarət aldığını bildiriblər. Açıqlamada qeyd olunur ki, yıxılma nəticəsində Henri kəllədaxili qanaxma keçirib.

Həkimlər həmçinin sınıq, üz qırıqları və digər əhəmiyyətli xəsarətlər diaqnozu qoyublar. Xəstəxanaya yerləşdirildikdən sonra onun vəziyyəti uzun müddət kritik olaraq qalıb.

Henrinin tezliklə tibb işçilərinin müşayiəti ilə evə çatdırılması planlaşdırılır. Henri bərpasını Yamaykada davam etdirəcək. "Kainat gözəli" təşkilatçıları Taylandda onun nəqliyyat və tibbi xərcləri üçün bütün xərcləri öz üzərinə götürüb.

VİDEO: https://lenta.ru/news/2025/11/24/uchastnitsa-miss-vselennaya-upala-so-stseny-i-popala-v-reanimatsiyu/

Medianews.az

Bizə qoşulun