ABŞ-nin Florida ştatında 1990-cı ildə törədilən Marlis Sater qətli ilə bağlı hökm 34 ildən sonra icra edilib.
Medianews.az xəbər verir ki, cinayəti törədən Çadvik Skott Villasi zəhərli iynə ilə edam olunub. İnfazı qurbanın oğlu da izləyib.
5 sentyabr 1990-cı ildə 56 yaşlı Marlys Sather nahar üçün evə qayıdanda dəhşətli sürprizlə qarşılaşdı. Qonşusu, o zamanlar 22 yaşlı Çadvik Skott Villasi onun evini qarət edirdi.
Tutulacağını anlayan Villasi qadına hücum edərək onu ağır şəkildə döyüb, sonra əllərini-ayaqlarını bağlayıb və boğmağa cəhd edib. Daha sonra üzərinə benzin tökərək yandırıb. Ekspertiza qadının yandırıldığı anda hələ sağ olduğunu müəyyən edib.
Cinayətdən sonra qaçan Villasi 1991-ci ildə qəsdən adamöldürmə, oğurluq və yanğın törətmə maddələri ilə təqsirli bilinərək ölüm cəzasına məhkum edilib. Lakin hüquqi etirazlar səbəbindən hökmün icrası uzun illər gecikib.
ABŞ və Florida məhkəmələri son apellyasiya müraciətlərini rədd etdikdən sonra edama yol açılıb. Ştat qubernatorunun qərarı ilə hökm icra edilib.
Edam prosesi qısa müddətdə tamamlanıb. Məhkum son sözündə ailəsindən üzr istəyib, lakin özünü günahsız saydığını bildirib.
Qurbanın ailəsi isə açıqlamasında illərlə ədalət gözlədiklərini qeyd edərək, mərhumun sevgi dolu ana və nənə kimi xatırlanmasını istədiklərini vurğulayıb.
Bu hadisə Florida ştatında ölüm cəzası ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.
Medianews.az


