Medianews.az
"Qadın Xalq artistlərinin biabırçı söyüşlərini özüm EŞİTMİŞƏM"
64 baxış

"Qadın Xalq artistlərinin biabırçı söyüşlərini özüm EŞİTMİŞƏM"

Şair və qiraətçi Nazilə Səfərli müğənni Pünhan Piriyev ətrafında yaranan qalmaqala münasibət bildirib.

Medianews.az xəbər verir ki, Səfərli sənətçini müdafiə edərək səhnədə baş verən gərgin anların birmənalı qarşılanmamalı olduğunu deyib. O, səhnənin əsasən ifaçıya, rəqqaslara və aparıcıya məxsus olduğunu vurğulayaraq, belə halların daha əvvəl də yaşandığını xatırladıb.

Qiraətçi bu kontekstdə Aygün Kazımova ilə bağlı bir hadisəni nümunə çəkərək bildirib:

"Səhnə kimindir? Sizə sual verirəm: oxuyanındır, oynayanındır və aparıcınındır. Diva Aygün Kazımova Eldəniz kimi sənətkara "Vətəndaş, səhnə mənimdir. Sən oxuyanda mən çıxmamışam, aşağı düş" dedi. Heç birinizin səsi çıxmadı. Haqlı idi, səhnə onun idi. Jest etmədi - bu, onun öz ixtiyarı idi, qulaq asmaya bilərdi.

Pünhanın "günahı" odur ki, toylara 12 minə yox, 2-3 minə gedir. Qazandığını da bölüşdürür, şəhid ailələrinə evlərinin qapılarına yol çəkdirir, müxtəlif xeyriyyə işləri görür. Onun artıq pulu yoxdur ki, mühafizəçi, menecerlər tutsun, səhnəni çəpər etsin.

Elə qadın Xalq artistləri var ki, səhnə arxasında ondan da sərt davranır, ansambl üzvlərinə elə ağır söyüşlər söyürlər ki... Bunu özüm görmüşəm. İndi bu uşaq rayondan gəlib, zəhmətlə ayaqda qalmağa çalışır. "Hozu"du, qəbul edirəm, amma bu qədər üzərinə getmək düzgün deyil".

Bizə qoşulun