Medianews.az
“Bu yamaq imtahan ləğv olunmalıdır” – <span style=color:red>Əməkdar jurnalist
246 baxış

“Bu yamaq imtahan ləğv olunmalıdır” – Əməkdar jurnalist

“Jurnalistikaya qəbul imtahanı ilə bağlı yenə ajiotaj yaşanır. Təkrar söyləməyə ehtiyac var: bəzi qızğın tərəfdarları olmasına baxmayaraq, bu qabiliyyət imtahanları faydasız, mənasız və gərəksiz bir prosedurdur”. Əməkdar jurnalist, professor Qulu Məhərrəmli Medianews.az-a açıqlamasında belə deyib. O bildirib ki, jurnalistika ədəbi yaradıcılıq və xüsusi qabiliyyət (musiqi, rəssamlıq, aktyorluq və s.) tələb edən sahə deyil: “Burada yaxşı kadr hazırlamaq üçün jurnalistika tədrisini daha da yaxşılaşdırmaq kifayətdir… Hazırda bu yamaq imtahan DİM üçün əlavə qayğı, abituriyentlər və onların valideynləri üçün vaxt itkisi və yersiz həyəcandır. Ona görə də tezliklə ləğv olunmalıdır ki, jurnalistikaya səviyyəli tələbələr gəlsin”. Toğrul Əli, Medianews.az

Bizə qoşulun