Medianews.az
Aprel şəhidinin atası <span style=color:red>vəfat etdi - FOTO
143 baxış

Aprel şəhidinin atası vəfat etdi - FOTO

Aprel döyüşləri şəhidi Orxan Hümmətovun atası​ vəfat edib. “Qafqazinfo” xəbər verir ki, şəhid atası Kazım Hümmətov ötən gün Şəkidə 63 yaşında dünyasını dəyişib. Onun onkoloji xəstəlikdən həyatını itirdiyi bildirilir. Qeyd edək ki, O. Hümmətov 4 noyabr 1992-ci ildə Şəki rayonunun Kiş kəndində anadan olub. Aprel döyüşlərində Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə kəşfiyyatçı olaraq vuruşub. 2016-cı ilin aprelin 2-si həmin istiqamətdə şəhid olub. Ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilib.

Bizə qoşulun