31.07.2025, 09:10
167 baxış
Lamiyə
Yuxuya yaxşı gələcək 3 məhsul
“Yuxusuzluqdan əziyyət çəkən insanlar axşam menyusuna yuxuya getməyə kömək edəcək üç məhsul daxil etməlidirlər”.
Medianews.az xəbər verir ki, bunu həkim Jose Manuel Felices deyib.
Onun sözlərinə görə, püstə ən yüksək səviyyədə melatonin, yuxu hormonu və maqnezium ehtiva edən qidalardan biridir. O, həmçinin bananları pəhrizinizə əlavə etməyi tövsiyə edib, çünki onlar yuxu dövrünüzün tənzimlənməsində iştirak edən nörotransmitter olan serotonin istehsalı üçün zəruri olan triptofanla zəngindir.
Bundan əlavə, mütəxəssisin fikrincə, triptofan toyuq döşündə də olur. Eyni zamanda, bu məhsulda az yağ var, buna görə də yeməkdən sonra insan mədədə ağırlıq hiss etməyəcək. Sonda Feliçes vurğulayıb ki, qida yuxusuzluqla mübarizənin yalnız əlavə vasitəsidir, çünki həm də yuxu cədvəlinə riayət etmək və axşam saatlarında ekranlar qarşısında sərf olunan vaxtı azaltmaq lazımdır.
Medianews.az
Paylaş: