31.07.2025, 10:59
115
baxış
Lamiyə
Dəhşət: Kişi xoruz döyüşünün qurbanı oldu
İndoneziyanın Bali adasında xoruz lezva ilə 50 yaşlı kişini öldürüb.
Medianews.az xəbər verir ki, faciə Denpasar şəhərində, mərhumun ənənəvi Bali xoruz döyüşünu izləyərkən baş verib.
Döyüşdən əvvəl xoruzların ayaqlarına iti metal lezvalar yapışdırılıb. Birdən quşlardan biri bağlamadan qopub. O, digər xoruza çırpılıb və təsadüfən yaxınlıqda dayanan kişinin qarnına dəyib.
Zərərçəkmiş dərhal xəstəxanaya çatdırılsa da, həkimlər onu xilas edə bilməyiblər.
Xoruz döyüşü Bali hinduizmində təmizlənmə ritualının bir hissəsidir. Dini çalarları olmayan xoruz döyüşü İndoneziyada qumar sayılır və qanunsuzdur.
Buna baxmayaraq, hələ də geniş şəkildə tətbiq olunur.
Medianews.az