30.07.2025, 09:37
199 baxış
Lamiyə
Sunami nəticəsində 4 balina sahilə çıxdı – VİDEO
Kamçatkada baş verən 8,7 ballıq zəlzələdən sonra dörd balina Yaponiyada sahilə çıxıb və bölgə üçün sunami xəbərdarlığı edilib.
Medianews.az xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.
Heyvanları Çiba prefekturasının Tateyama şəhərindəki Heisaura çimərliyində yerli sakin aşkar edib. Sörfinqə getməzdən əvvəl dalğanın hündürlüyünü yoxlamaq üçün səhər sahilə çıxıb və sahildə cəmi dörd balina görüb.
TBS helikopteri də sahildə uzanmış, üzgəcləri çarəsiz halda çırpılan dəniz məməlilərinin görüntülərini çəkib.
Medianews.az