Medianews.az
Həddindən artıq tərləmə - <span style=color:red>qarşısını necə alaq?
161 baxış

Həddindən artıq tərləmə - qarşısını necə alaq?

Əczaçı Abbas Kanani və şəxsi məşqçi Tom Penn həddindən artıq tərləmədən qurtulmağın sadə yollarını açıqlayıblar. Medianews.az xəbər verir ki, Kanani ilk növbədə pəhrizinizi dəyişdirməyi və tərləməni artıran yağlı qidaları, ədviyyatları və kofeini xaric etməyi məsləhət görüb. Penn əlavə edib ki, isti havalarda bol su içmək lazımdır. O izah edib ki, susuzlaşdırma tərləməni artırır, çünki bədən dərini soyutmaq üçün daha çox işləməli olur. Əczaçı az tərləmək istəyənlərə başqa sadə tövsiyələr də verib: kifayət qədər yatın, daha az əsəbi olun, siqareti buraxın. O, insanları təbii materiallardan hazırlanmış bol paltar geyinməyə çağırıb. Təlimçi qeyd edib ki, tərləməni səhər yox, yatmazdan əvvəl antiperspirant tətbiq etməklə azaltmaq olar. O izah edib ki, maddələrin tam gücü ilə işləməyə başlaması üçün bir neçə saat lazımdır. Bundan əlavə, Penn xalq üsullarının bəzi insanlara kömək etdiyinə diqqət çəkib. Məsələn, problemli nahiyələrə alma sirkəsi sürtməyi təklif edib. Medianews.az

Bizə qoşulun