Medianews.az
Sosial şəbəkədə nə yazırlar? – <span style=color:red>Sülh danışıqlarına reaksiyalar
206 baxış

Sosial şəbəkədə nə yazırlar? – Sülh danışıqlarına reaksiyalar

İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın nümayəndə heyətlərinin iştirakı ilə, daha sonra təkbətək görüşü olub. Medianews.az bildirir ki, bu görüş sosial şəbəkələrin Azərbaycan seqmentində fəal şəkildə müzakirə olunmaqdadır. “Facebook” şəbəkəsində yer alan rəylərdən seçmələri təqdim edirik: Fərid Pərdəşünas: Əbu-Dabi görüşünün yeni bir tarixin başlanğıcı olacağına ümid edirəm. Görüşdən əvvəl Prezidentimizin etdiyi jest də çox ikonik bir səhnə yaratdı. Bu hərəkət bir növ görüşün mahiyyətini izah etdi. Çox ümid edirəm ki, sülh müqaviləsinin bağlanmasına az qalıb. Bu qanlı tarix səhifəsi bir dəfəlik və birlikdə bağlanmalıdır. Emin Səfərov: 1994-cü ildə Azərbaycan torpaqları işğal edilmiş, vətəndaşları çadırlarda yaşayan, ərzaq qıtlığı olan, heç bir ölkədən hərbi dəstək almayan, sadəcə 2-3 ölkədən müəyyən humanitar yardım alan, silah almağa pulu olmayan ölkə olaraq BƏƏ-dən kömək istəyir. 31 il sonra isə Azərbaycan torpaqlarını işğaldan azad edərək suverenliyini tam təmin edən, bir çox ölkələrə humanitar dəstək olan, güclü ordusu və güclü silahlanmayana sahib ölkə kimi BƏƏ-də bu dəfə sülh danışıqlarında iştirak edir. Özü də “üçüncü tərəf artıqdır” (“третий лишний”) deyərək... Sadıq Qarayev: Hər iki xalqa, bütövlükdə Qafqaza sülh lazımdır. İnkişafın və imperiyalardan can qurtarmağın yolu budur. Əliyev nə deyirsə Paşinyan ona qulaq asmaq yox, əməl etməlidir. O, ağıllı, uzaqgörən və ədalətlidir. Və o, onsuz da dediyini həyata keçirəcək. Paşinyan da özündən əvvəlkilərlə müqayisədə xalqının gələcək inkişaf yolunu daha real, aydın dərk edə bilir. Azərbaycanla, Türkiyə ilə sülh, əməkdaşlıq onlar üçün yeganə doğru yoldur. Elnur Allahverdiyev: Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş regionda sülh və sabitliyin bərqərar olunması baxımından mühüm siyasi və tarixi əhəmiyyət daşıyır. Görüşdə sülh müqaviləsinin imzalanması nəzərdə tutulmasa da, bu danışıqlar son mərhələyə doğru aparan vacib addımlardan biri kimi qiymətləndirilə bilər. Cənab İlham Əliyev sülh prosesində üçüncü tərəflərin iştirakına ehtiyac olmadığını dəfələrlə vurğulayıb. Bugünkü danışıqların məhz ikitərəfli formatda baş tutması, vasitəçisiz, birbaşa dialoqun qurulması həmin prinsipial mövqeyin təzahürüdür. Bu bir daha sübut edir ki, nəyi necə və nə vaxt etmək lazım olduğunu dəqiq bilən Müzəffər Ali Baş Komandan növbəti dəfə Azərbaycanın milli maraqlarının təmin edilməsinə yönəlmiş məqsədinə nail olub. İlqar Huseynlı: Əbu-Dabidə Rusiyasız sülh sazișinin təməli qoyulur. Bu hər iki ölkə üçün olduqca əhəmiyyətlidir. Növbəti mərhələdə strateji kommunikasiyaların qurulması, logistika məsələlərinin həlli, Zəngəzur dəhlizinin böyük İpək yoluna inteqrasiyası, hava məkanlarının acılması, Türkiyənin proseslərdə dəstəyi və ATƏT-in Minsk qrupunun de-yure və de-fakto buraxılması kimi qlobal əhəmiyyətli məsələlər olacaq. Azərbaycan Cənubi Qafqazın söz sahibi olduğunu təstiq edir. Çox uğurlu gedișatlar var. Azərbaycanın hazırkı komandası da güclüdür və xarici siyasətimiz doğru idarə olunur! Elçin Alıoğlu: İkitərəfli görüşün təfərrüatları: Ermənistanla ikitərəfli görüşün keçirildiyi yer Azərbaycan tərəfindən seçilib. Ermənistanla ikitərəfli görüş Azərbaycanın təkidi ilə keçirilib Tərəflər üçüncü tərəfin prosesdə iştirakını zəruri hesab etmirlər Ermənistan Azərbaycanın təklif etdiyi sülh konsepsiyasını qəbul edir. Əsas müzakirə mövzularından biri Zəngəzur dəhlizidir. Mətin Məmmədli:   İki ölkə arasında davamlı sülhün əldə olunması, ilk növbədə hər iki ölkənin (xüsusilə də Ermənistanın) və bütövlükdə regionun strateji maraqlarına uyğundur. Regionda sülhün olmaması, hərbi-siyasi eskalasiyanın davam etməsi isə yalnız və yalnız bölgədə imperialist maraqları, təsir imkanları olan kənar güc mərkəzlərinin istəyidir. Bu baxımdan Ermənistan rəhbərliyi siyasi yetkinlik nümayiş etdirib Azərbaycanın haqlı sülh gündəliyini qəbul edərək ölkəmizlə sülhə nail olmalıdır. İndiki mərhələdə əsas gözləntimiz sülh müqaviləsinin imzalanması və regionda kommunikasiyaların açılması istiqamətində konkret addımların atılmasıdır. Bütün bunları və son zamanlar regionda, Ermənistan daxilində baş verən prosesləri nəzərə alanda, bu gün Əbu-Dabidə keçirilən görüşü tarixi əhəmiyyətli, vacib görüş hesab etmək olar. Məhəmməd Səfərov: Bugün BƏƏ-nin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən görüş regional sülh və sabitlik üçün böyük əhəmiyyət kəsb edir. Bu görüşdə Zəngəzur dəhlizi, sərhəd təhlükəsizliyi və regionda uzunmüddətli sülhün təmin edilməsi kimi vacib məsələlər müzakirə olunub. Prezident İlham Əliyevin güclü diplomatik bacarığı və dövlətçilik müdrikliyi sayəsində Azərbaycanın milli maraqları qorunur və regionda əmin-amanlığın təməli qoyulur. "Sülh güclü insanlar qurar" prinsipi ilə hərəkət edən Azərbaycan liderliyi, həm döyüş meydanında, həm də sülh masasında uğurlar qazanır. Biz Azərbaycan xalqı olaraq Prezidentimizə tam arxayıq və onun hər addımını dəstəkləyirik. Ümid edirik ki, bu görüş nəticəsində ədalətli və davamlı sülh yaranacaq, region yeni inkişaf imkanları əldə edəcək. Humay Agayeva: Görüşə baxıram — Paşinyan dərsinə hazır olmayan şagird kimi görünür: donuq, qeyri-müəyyən və tərəddüdlü. Bu görüşdə Azərbaycanın diplomatik təkidi və mövqeyi sayəsində regionda hər iki tərəf üçün qansız, müharibəsiz, yeni bir mərhələnin — XXI əsrin Qafqazda sülh əsri kimi başlanğıcının təməli qoyulur. Bundan sonra Qafqazda da, Avropada olduğu kimi, müharibə və münaqişə yox, yalnız diplomatik dil danışsın! Xaqani Səfəroğlu: Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanarsa bu, Cənubi Qafqazın tarixində yeni səhifə açacaq. Tam yeni səhifə! Əbu-Dabi görüşü göstərir ki, tərəflər prosesi pozmaq istəyən qüvvlərin cəhdlərinə baxmayaraq bu iradəni nümayiş etdirdilər. İndi qalır sabitiliyə və təhlükəsizliyə qapı açan Sülh Sazişinin imzalanması. Etibar Əliyev: Sülh müqaviləsi imzalanacaq! Yaşasın Sülh! Medianews.az

Bizə qoşulun