Medianews.az
Dəhşət: Ərinin üzərinə qaynar yağ tökdü
143 baxış

Dəhşət: Ərinin üzərinə qaynar yağ tökdü

Hindistanda qadın ərinin üzərinə qaynar yağ tökərək onu yataq otağına bağlayıb. Medianews.az xəbər verir ki, hadisə Racastan ştatında baş verib. Saroj adlı qadın və onun əri Maniş Rathore bir neçə ay idi ki, nikahda olan nifaq ucbatından ayrı yaşayırdılar. Hadisə şahidlərinin sözlərinə görə, Saroj ona və ərinə ev kirayə verən Ramsevakla münasibətdə olub. Hindistanlı qadının qohumları iddia edirlər ki, o, internetdə zorakılıq məzmunlu materallara baxmağı sevirmiş. Bir gecə Saroj yağ və su qarışığını qaynadıb yatmış ərinin üzərinə töküb, sonra yataq otağının qapısını kilidləyib ki, əri çıxıb kömək istəməsin. Lakin qonşular Rathorenin qışqırtısını eşidib və təcili yardım çağırıblar. Kişi xəstəxanaya çatdırılıb, vəziyyəti ağır olaraq qalır. Saroj saxlanılıb və ifadə verir. Polis Ramsevakı cinayətdə əli olduğundan şübhələndiyi üçün onu axtarır. Medianews.az

Bizə qoşulun