Medianews.az
Ayı qoşquya girərək insanlara<span style=color:red> hücum etdi
167 baxış

Ayı qoşquya girərək insanlara hücum etdi

ABŞ-də qoşquya girərək qadına hücum edən dişi ayı öldürülüb. Medianews.az xəbər verir ki, hadisə iyunun 22-nə keçən gecə Kaliforniyada Taho gölünün sahilində baş verib. Dişi qara ayı bir neçə tətilçinin qaldığı düşərgənin ərazisindən kənara çıxıb. Əvvəlcə o, qadının qaldığı tqoşquyu sındırıb. Amerikalı qazan və tavaları tıqqıldadaraq onu qorxutmağa çalışıb. Bu, yırtıcının qarşısını ala bilməyib və o, qadına hücum edib. Zərərçəkmiş əllərindən xəsarət alıb. Daha sonra ayı bir neçə yeniyetmənin yatdığı qoşqunun qapısını qırıb və digər istirahət edənlərə də hücum etməyə çalışıb. Səlahiyyətlilər heyvanı təhlükəli hesab ediblər və ertəsi gün onu məhv ediblər. DNT testi göstərib ki, bu, ayının insanları ilk hədələməsi deyil. Məlum olub ki, o, əvvəllər də eyni ərazidəki evlərə və maşınlara girib. Dövlət vəhşi təbiət agentliyinin məlumatına görə, ayı dəfələrlə insanların tez-tez getdiyi ərazilərdən qorxsa da, həmişə geri qayıdırdı. Onun iki balası tutularaq Şimali Karolinada heyvanların reabilitasiya mərkəzinə göndərilib. Medianews.az

Bizə qoşulun