12.06.2025, 09:24
107 baxış
Nailə
Ağdaşda yük maşını traktorla toqquşub: xəsarət alan var
Ağdaşda yol qəzası baş verib.
APA-nin Şirvan bürosu xəbər verir ki, hadisə səhər saatlarında rayonun Ləki kəndi ərazisində qeydə alınıb. “Mercedes” markalı yük maşını və traktor toqquşub. Hadisə nəticəsində traktorun sürücüsü 27 yaşlı Ucar rayon sakini Şamil Mahmudov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.