Medianews.az
Gürcüstan: <span style=color:red>ərzaq bahalaşıb, rabitə ucuzlaşıb
148 baxış

Gürcüstan: ərzaq bahalaşıb, rabitə ucuzlaşıb

Gürcüstanın Milli Statistika Xidməti mayda ölkənin istehlak bazarında qiymətlərin 2024-cü ilin eyni ayı ilə müqayisədə 3,5 faiz artdığını bəyan edib. Medianews.az -ın məlumatına görə, ərzaq və spirtsiz içkilərdə bahalaşma 8,3 faiz, spirtli içkilər və tütün məmulatlarında 3,3 faiz, kommunal xidmətlərdə 0,6 faiz, geyim və ayaqqabılarda 0,8 faiz, səhiyyə xidmətlərində 9 faiz, təhsil sahəsində 4,9 faiz, mehmanxana və ictimai iaşə xidmətlərində 6 faiz göstərilir. Rabitə xidmətlərinin 12,8 faiz, nəqliyyat xidmətlərinin 4,5 faiz ucuzlaşdığı xəbər verilir. Nailə Qasımova, Medianews.az

Bizə qoşulun