Medianews.az
Milli Məclis növbədənkənar sessiyaya toplanır – <span style=color:red>İclasın vaxtı və gündəliyi bəlli oldu
91 baxış

Milli Məclis növbədənkənar sessiyaya toplanır – İclasın vaxtı və gündəliyi bəlli oldu

Mayın 30-da Milli Məclisin yaz sessiyası başa çatıb. Lakin konstitusiyanın 88-ci maddəsinin II hissəsinə uyğun olaraq, 85 deputat növbədənkənar sessiyanın çağırılması üçün müraciət edib. Müraciətə əsasən iyun ayında növbədənkənar sessiyanın keçirilməsi qərara alınıb. Medianews.az xəbər verir ki, növbədənkənar sessiya iyunun 3-də keçiriləcək. Saytın məlumatına görə, iclasda aşağıdakı qanun layihələrinə baxılacaq: - “2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş). - Meşə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi. - Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş). - Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş). - “Yaşayış minimumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş). - “Pambıqçılıq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş). - “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş). Nailə Qasımova, Medianews.az

Bizə qoşulun