Medianews.az
Məşhur yarışmada bu iştirakçı verdiyi cavabla gündəm oldu - <span style=color:red>VİDEO
34 baxış

Məşhur yarışmada bu iştirakçı verdiyi cavabla gündəm oldu - VİDEO

Dünən axşam Türkiyənin ATV kanalında yayımlanan “Kim Milyoner Olmak İster” yarışmasının yeni buraxılışında aparıcı Oktay Kaynarca ilə iştirakçı arasında maraqlı dialoq yaşanıb. Medianews.az xəbər verir ki, verilişin gedişində sadə bir suala düzgün cavab verə bilməyən iştirakçı Kaynarcanın yumor dolu iradına tuş gəlib.

Veriliş zamanı iştirakçıya "Quş ətinin hansı hissəsindən istifadə etmək olmaz?" sualı ünvanlanıb. Cavab variantları belə olub: A) Onun tükündən, B) Ətindən, C) Yumurtasından, D) Südündən.

Bir qədər düşünən iştirakçı, doğru cavab haqqından istifadə edə biləcəyi halda, "Onun tükündən, son qərarım" deyə cavab verib. Lakin sualın düzgün cavabı "Onun südündən" (D variantı) olub.

Onun bu sözləri studiyada gülüşə səbəb olub.

Yarışmanın bu məqamı sosial mediada da diqqət çəkib və tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Medianews.az

Oktay Kaynarca'dan soruyu bilemeyen yarışmacıya: Al şimdi eve götür

Oktay Kaynarca'dan soruyu bilemeyen yarışmacıya: Al şimdi eve götür

Bizə qoşulun