02.06.2025, 08:08
137 baxış
Lamiyə
Ayı qadına hücum edib
Sloveniyada ayı qadına hücum edərək onu ağır yaralayıb.
Medianews.az xəbər verir ki, hadisə Lyublyanadan 10 kilometr aralıda, Skoflice meşəsinin kənarında baş verib.
Yırtıcı itini gəzdirən qadına hücum edib, sonra it kolluqda itib. Səlahiyyətlilər yerli sakinlərə təhlükə barədə xəbərdarlıq edib və onları meşə ərazilərinə getməməyə çağırıb.
Polisin məlumatına görə, ayı qurbana ağır xəsarətlər yetirib. O, xəstəxanaya yerləşdirilib.
Medianews.az