Medianews.az
Saxta pullar bazara çıxmadan ələ keçdi - <span style=color:red>4,5 milyard...
33 baxış

Saxta pullar bazara çıxmadan ələ keçdi - 4,5 milyard...

İstanbulda keçirilən genişmiqyaslı əməliyyat nəticəsində təxminən 4,5 milyard TL dəyərində saxta pul ələ keçirilib.

Medianews.az xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Əli Yerlikaya sosial şəbəkədə məlumat yayıb.

Nazir bildirib ki, İstanbul İl Jandarma Komandanlığı KOM Şöbə Müdirliyi tərəfindən aparılan əməliyyat Büyükçekmece Respublika Baş ProkurorluğuJandarma Ümumi Komandanlığı ilə koordinasiyalı şəkildə həyata keçirilib. Əməliyyat nəticəsində 5 xarici ölkə vətəndaşı saxlanılıb. Onlar barəsində cinayət təşkilatı qurmaqsaxta pul hazırlamaq ittihamları ilə istintaq başladılıb.

Nazir Yerlikaya bildirib ki, saxlanılan şəxslərin saxta pulları dövriyyəyə buraxmağa hazırlaşdığı müəyyən edilib. Axtarışlar zamanı külli miqdarda saxta pul, eləcə də saxta pul istehsalında istifadə edilən materiallar və avadanlıqlar aşkarlanıb. Həmçinin saxta pul istehsal edən mətbəə də ifşa olunaraq fəaliyyətinə son qoyulub.

Nazir paylaşımında əməliyyatda iştirak edən qurum və şəxslərə təşəkkür edib.

Bu əməliyyat son illərdə saxta pul dövriyyəsinə qarşı həyata keçirilən ən böyük tədbirlərdən biri kimi qiymətləndirilir.

Medianews.az

İstanbul'da dev operasyon: 4,5 milyar TL'lik sahte döviz ele geçirildi

Bizə qoşulun