Medianews.az
Qanun qəbul edildi - <span style=color:red>Pensiya yaşı 70 OLACAQ
80 baxış

Qanun qəbul edildi - Pensiya yaşı 70 OLACAQ

Danimarka parlamenti pensiya yaşını 70-ə qaldırıb. Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Danimarka Parlamenti pensiya yaşının artırılması ilə bağlı yeni qanunu qəbul edib. Qərara əsasən, 2040-cı ildən etibarən ölkədə pensiya yaşı 70 olacaq. Bu qərarla Danimarka Avropanın ən yüksək pensiya yaşına sahib ölkəsi olacaq. 2006-cı ildən bəri pensiya yaşını əhalinin orta ömür uzunluğuna uyğun tənzimləyən ölkə hər 5 ildən bir bu yaşı yenidən nəzərdən keçirir. Hazırda Danimarkada rəsmi pensiya yaşı 67-dir. Qrafikə əsasən, bu yaş 2030-cu ildə 68-ə, 2035-ci ildə isə 69-a qalxacaq. Yeni qanuna görə, 1 yanvar 1971-ci il və daha sonra doğulan şəxslər üçün pensiya yaşı 70 olacaq. Qanun dünən keçirilən səsvermədə 81 “lehinə”, 21 “əleyhinə” səslə qəbul edilib.

Bizə qoşulun