Medianews.az
Mənzil tikintisi azalır – <span style=color:red>milyonlarla sosial mənzil çatışmır
192 baxış

Mənzil tikintisi azalır – milyonlarla sosial mənzil çatışmır

Ötən il Almaniyada yeni tikilən mənzillərin sayı nəzərəçarpacaq dərəcədə azalıb. Federal Statistika İdarəsinin məlumatına görə, cəmi 252.000-ə yaxın mənzil inşa olunub. Bu, əvvəlki illə müqayisədə 14,4 faiz azalma deməkdir. Mütəxəssislərin fikrincə, əsas problem ucuz mənzillərin çatışmazlığıdır – bütün ölkə üzrə milyonlarla sosial mənzilə ehtiyac var. Federal tikinti naziri bildirib ki, hazırda çox az və çox ləng tikinti aparılır. Nazir bu problemin qarşısını almaq məqsədilə vergi güzəştlərinin artırılacağını və yeni tikinti layihələrinin maliyyələşdirilməsi üçün proqramların sadələşdiriləcəyini açıqlayıb. Mənzil tikintisi artıq uzun müddətdir ki, böhran vəziyyətindədir – bunun əsas səbəbləri isə artan faiz dərəcələri və yüksək tikinti xərcləridir. Sarvan Səmədoğlu, Almaniya

Bizə qoşulun