23.05.2025, 09:04
141 baxış
Lamiyə
Geyik qadına hücum edərək qabırğalarını SINDIRDI
ABŞ-də aqressiv dişi geyik iti olan qadına hücum edib.
Medianews.az xəbər verir ki, hadisə mayın 16-da cümə günü Alyaskanın Ankoric şəhərində baş verib.
Qadın şəhərin şimalındakı Kincaid parkında itini gəzdirirmiş. Birdən kolluqda dana ilə dişi geyik peyda olub, qadına və itinə hücum edib. Heyvan amerikalı qadını tapdalamağa çalışsa da, o, sağ qalıb.
Hadisə yerinə gələn tibb işçiləri qadına qabırğasının sınığı diaqnozu qoyublar. İt də bir neçə sınıqdan əziyyət çəkib. Zərərçəkənlərin hazırkı vəziyyəti məlum deyil.
Medianews.az