19.05.2025, 10:14
197 baxış
Nailə
Fernando Muslera adını Türkiyə futbolu tarixinə yazdırıb
Fernando Muslera Türkiyə futbol tarixinin ən çox kubok qazanan futbolçusu olub.
Oxu.Az xəbər verir ki, təcrübəli qolkiper 2011-ci ildən çıxış etdiyi "Qalatasaray" forması ilə ümumilikdə 19 dəfə kuboku başının üzərinə qaldırıb.
O, səkkiz dəfə Türkiyə Superliqasının, altı dəfə Türkiyə Superkubokunun, beş dəfə isə Türkiyə Kubokunun qalibi olub.
Qeyd edək ki, Fernando Muslera karyerası ərzində 689 oyunda meydana çıxıb, iki qolla yadda qalıb. O, bu müddət ərzində dörd dəfə qırmızı vərəqə, 72 dəfə isə sarı vərəqə ilə cəzalandırılıb.