Medianews.az
Azərbaycan "Avroviziya 2025"də <span style=color:red>12 xalı bu ölkəyə verdi
202 baxış

Azərbaycan "Avroviziya 2025"də 12 xalı bu ölkəyə verdi

"Avroviziya 2025" beynəlxalq mahnı müsabiqəsinin final mərhələsi davam edərkən iştirakçı ölkələrdən alınan səsvermə nəticələri bir-bir açıqlanıb. Azərbaycanın səsvermə nəticələrini "Avroviziya 2010"da ölkəmizi təmsil edən müğənni Safurə Əliyeva təqdim edib. Azərbaycan bu il ən yüksək – 12 xalı İsrailin təmsilçisinə verib. Digər xal bölgüsü isə belə olub: 10 xal – İtaliya 8 xal – Ukrayna 7 xal – Estoniya 6 xal – Portuqaliya 5 xal – İspaniya 4 xal – Polşa 3 xal – Niderland 2 xal – Almaniya 1 xal – İsveçrə Qeyd edək ki, builki yarışda 26 ölkə final uğrunda səhnəyə çıxıb. Azərbaycan təmsilçiləri – "Mamagama" qrupu "Run with you" adlı mahnı ilə final mərhələsinə yüksələ bilməyib.

Bizə qoşulun