Medianews.az
İnsan şüuru hər vasitədən <span style=color:red>istifadə edə bilir
97 baxış

İnsan şüuru hər vasitədən istifadə edə bilir

Yeddi illik elmi təcrübədən sonra alimlər gözlənilməz nəticə əldə ediblər və insan şüurunun əslində haradan yaranması ilə bağlı yekun rəyə gəliblər. Məlum olub ki, şüur heç də həmişə qərar vermir, həm də öz müşahidələri, informasiyaları əsasında qavrama funksiyasını yerinə yetirməklə mənimsəyib yekun qərar verir. Bu bütün beyinin qərarı yox, müəyyən hiss sahəsi tərəfindən də həyata keçirilə bilər. Medianews.az-ın məlumatına görə, ABŞ-ın Allen İnstitutunun tədqiqatçıları bildiriblər ki, yeddi ildən çox davam edən bu genişmiqyaslı beynəlxalq layihə insan şüuru ilə bağlı iki ən məşhur nəzəriyyəni - "GNWT" və "IIT"nin əsas fərziyyələrini elmi nöqteyi-nəzərdən tamamilə inkar edib. Yeni tədqiqatlar zamanı müəyyən edilib ki, əvvəllər şüur ​​mərkəzləri olduğu düşünülən beyindəki sahələrin təsirlərini elm adamları necə əhəmiyyətli olduğunu qiymətləndirə bilməyiblər. Lakin aparılan yeni araşdırmalar sübut edib ki, beyində mərkəzi hiss sahələri, ilk növbədə vizual korteks rolunu oynayır. Bu layihə dünyanın bir çox alimlərini və aparıcı neyrofizioloqları bir araya gətirib. Xüsusi hazırlanmış diqqət, həmçinin də, yaddaş testlərini yerinə yetirən prosesdə beyin fəaliyyəti qeydə alınmış könüllülər, 256 iştirakçı təcrübəyə qatılıb. Tapşırıqlar əsasən məlumatın qavranılması, eləcə də dərk edilməsi mexanizmlərinin və şüurun fəaliyyətinin ən əsas aspektlərinin ətraflı öyrənilməsinə yönəldilmişdi. Əldə edilmiş nəticələr isə tədqiqatçılar üçün tamamilə sürpriz oldu. Belə ki, "fMRI", "EEG", eyni zamanda "MEG" məlumatları, prefrontal və oksipital korteks fəaliyyəti ilə şüurlu qavrayış arasında zəif əlaqəni göstərdi. Alimlərin fikrincə, "GNWT" şüuru bir çox idrak mərkəzlərindən inteqrasiya olunan məlumatları "iş sahəsi" kimi qəbul edir və bütün bunlara fərqli reaksiya verən "İTİ" isə onu mürəkkəb neyron şəbəkələrində inteqrasiyanın məhsulu kimi görür. Lakin hər iki yanaşma, tədqiqatçıların dedikləri kimi, bu ilkin sensor sistemlərin töhfəsini heç də düzgün qiymətləndirmir. Bu yeni tədqiqatlardan söz açan Sasseks Universitetinin professoru Anil Set deyib: "Biz nəhayət ki, bu nəzəriyyələrin bir çox aspektlərini sınaqdan keçirə bildik, daha sonra beynin vizual təcrübəni necə emal etdiyinə dair məlumatın necə və harada deşifrə edilə biləcəyini anlaya bildik. ". Daha sonra professor Set əlavə edib ki, əslində beyin daima düşünüb optimal nəticə ala bilmir, çünki şüur əsasən bəzi müşahidələr və qavrama üsulu ilə "çıxış yolu" tapır. Professorun dediklərinə şərik olduğunu bildirən digər alim həmkarı isə  hətta zarafatla "belə çıxır ki, bizim ağıllı adam düşüncəmiz də, nisbi anlayışdır". Tədqiqatçılar xüsusilə də vurğulayıblar ki, vizual korteksin müşahidələri şüurun yüksək səviyyəli idrak prosesləri ilə deyil, qavrayışla sıx əlaqəli olduğunu göstərir. Bu tapıntılar şüurun təbiətinin tam dərk edilməsində yeni perspektivlər açır, eyni zamanda da, mövcud elmi nəzəriyyələrə düzəlişlər etmək üçün əsas dəlil ola bilər. Alimlər həmçinin qeyd ediblər ki, bundan əlavə, onlar həkimlərə yardım edəcəklər. Alimlərin sözlərinə görə, onlar gələcəkdə tibbi mərkəzlərə, həkimlərə komatoz və ya vegetativ vəziyyətdə olan xəstələrin üzərində şüurun varlığını öyrənib, həmin pasiyentlərə dəqiq diaqnoz təyin etməyə kömək edəcəklər. Medianews.az

Bizə qoşulun